Alternative content

15:24 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maarifləndirici treninqlər Milli Məclisə seçkilərin daha şəffaf və qanunamüvafiq keçirilməsi baxımından önəmlidir
Maarifləndirici treninqlər Milli Məclisə seçkilərin daha şəffaf və qanunamüvafiq keçirilməsi baxımından önəmlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:08 28.01.2020

Otuz altı saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və aşağı seçki komissiyalarının üzvləri üçün üçgünlük maarifləndirici treninqlər keçirilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 28-də, treninqlərin ikinci günündə dairə seçki komissiyasının sədri Tahir Süleymanov fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində, MSK-nın müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin əhəmiyyətindən danışıb. Bildirib ki, yanvarın 27-dən başlayan treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri məlumatlandırılır. Bu təlimlər Milli Məclisə seçkilərin daha şəffaf və qanunamüvafiq keçirilməsi, həmçinin Seçki Məcəlləsində nəzərdə tutulan məsələlərin öyrənilməsi və yerinə yetirilməsi baxımından böyük önəmə malikdir.

Təlimlərdə aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindan də bəhs olunur. Treninqlər məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlığının yüksəldilməsində, seçkilər sahəsində bilik, bacarıq, vərdişlərinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır. Dairə üzrə treninqlərə kiçik qruplar şəklində – hər gün iki təlim sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvü cəlb olunub.

İştirakçılar seçki məntəqəsinin açılması, seçkilərə hazırlıq, onun keçirilməsi, səslərin hesablanması prosesi və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili məsələləri ilə bağlı məlumatlandırılır. Bununla bağlı aşağı seçki komissiyalarının üzərinə düşən vəzifələr şərh olunur. "İnanırıq ki, səsvermə prosesində heç bir problem olmayacaq və seçkilərin tam ədalətli keçirilməsini təmin edəcəyik. Dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri təcrübələrindən istifadə edərək bu istiqamətdə bacarıqlarını əsirgəməyəcəklər”, - deyə dairə seçki komissiyasının sədri vurğulayıb.

Diqqətə çatdırılıb ki, 36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində 36 daimi seçki məntəqəsi fəaliyyət göstərir və ümumilikdə 46 min 684 seçici var. Əlavə olaraq 4 saylı cəzaçəkmə müəssisəsində və Daxili Qoşunlarda olmaqla iki müvəqqəti məntəqə yaradılıb. Zəruri texniki avadanlıqlarla və məlumat kitabçaları ilə təchiz edilən məntəqələrdən 10-da şəffaflığın təmin olunması məqsədilə veb-kameralar quraşdırılıb. Həmçinin fiziki imkanı məhdud seçicilərin qeydiyyata alındığı üç məntəqədə panduslar düzəldilir. Parlament seçkiləri ilə əlaqədar dairə üzrə 26 nəfər müraciət edib və onlardan ümumilikdə 13 deputatlığa namizəd qeydə alınıb. Onların hər biri üçün bərabər şərait yaradılıb. Təşviqat lövhələrində onların posterləri asılıb. Seçicilərlə görüşlər keçirilməsi üçün MSK tərəfindən yerlər ayrılıb. Onlar hazırda öz təşviqat-təbliğatlarını aparırlar. Dairəyə qayda pozuntuları haqqında məlumat daxil olmayıb. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır və fevralın 2-dək bütün seçicilərə çatdırılacaq və onların səsvermədə iştirakı təmin olunacaq. Dairə üzrə hər məntəqədə təxminən 10-dan çox yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının binasında məcburi köçkün rayonlarından olan məntəqə seçki komissiyasının sədrləri də iştirak edirlər. Ümumiyyətlə, bu təlimlər və müzakirələr Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkili üçün yaxşı imkanlar yaradır.

Məşğələni aparan trenerlərdən dairə seçki komissiyasının üzvü Arif Əhmədov iştirakçıları seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti, səsvermə günü onların görəcəkləri işlər, seçki məntəqələrinin açılışına hazırlıqlar, səsvermə saatlarında reallaşdırılacaq tədbirlər, əsas seçki hərəkətləri ilə bağlı slaydlarla izahlı şəkildə məlumatlandırıb. Yeni nəsil şəxsiyyət vəsiqələrinin yoxlanılması üçün xüsusi qurğulardan istifadə qaydaları izah edilib.

Bundan başqa, seçici siyahılarının təkmilləşdirilməsi, seçki günü prosedurları və baş verə biləcək müstəsna hallar, səslərin sayılmasına hazırlıq, bülletenlərin təsnifatı, səsvermənin nəticələri barədə yekun protokolun hazırlanması və doldurulması, dairəyə təqdim olunması, səsvermə prosedurlarına dair nəzəri və praktiki tapşırıqlar məşğələlərin gedişində təfsilatlı və əyani formada təqdim olunur.

Təlimdə səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, yerli və xarici müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri, onlarla iş qaydası və s. məsələlərə toxunulub. Seçki qanunvericiliyinin məhz bu iki subyektlə necə davranmaqla bağlı müəyyənləşdirdiyi qaydalar barədə məlumat verilib.

Bildirilib ki, seçki günü qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.

Qeyd edək ki, belə treninqlər 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü seçki dairələri dairə seçki komissiyalarında da təşkil olunub. Parlament seçkilərinə bir neçə gün qalmış əlavə olaraq müvəqqəti məntəqələrin yaradılması nəzərdə tutulur.

Sonra müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara MSK tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM