28 Yanvar 2020 16:01
1149
İDMAN
A- A+

“Los-Anceles Leykers” və “LA Klippers” komandalarının oyunu Kobe Brayantın ölümü ilə əlaqədar təxirə salınıb


Amerika Milli Basketbol Assosiasiyası (NBA) "Los-Anceles Leykers” və "LA Klippers” komandaları arasında oynanılacaq matçın əfsanəvi basketbolçu Kobe Brayantın, qızı Giannanın və daha yeddi nəfərin ölümü ilə əlaqədar təxirə salınması barədə qərar qəbul edib.

AZƏRTAC Assosiasiyanın "Twitter” səhifəsinə istinadla xəbər verir ki, açıqlamada oyunun keçiriləcəyi vaxt barədə ətraflı məlumat veriləcəyi qeyd olunub.

Bundan başqa, NBA-da çıxış edən "Dallas Mavericks” klubu da məşhur basketbolçunun xatirəsinə ehtiram əlaməti olaraq onun çıxış etdiyi 24 nömrənin bu klubun heyətində bir daha istifadə edilməyəcəyini açıqlayıb. Klubun bu barədə yaydığı açıqlamada qeyd olunub: "Kobe bu oyun üçün bir elçi və əfsanə idi. Ən əsası ailəsinə bağlı bir ata idi. Kobenin mirası basketbolun da hüdudlarını aşır. Buna görə də 24 nömrəli formanın bir daha istifadə edilməməsi qərara alınıb”.

Qeyd edək ki, "Los-Anceles Leykers” komandası Kobe Brayantın karyerası ərzində formasını geyindiyi 8 və 24 nömrəli formaların onun basketbolla vidalaşmasından sonra bir daha istifadə olunmayacağını açıqlamışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video