Alternative content

15:44 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə maarifləndirici treninqlər keçirilir
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə maarifləndirici treninqlər keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:10 28.01.2020

23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 4 saylı dairə seçki məntəqəsində yanvarın 28-də seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Ağabala Quliyev treninqlərin fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, üç gün davam edəcək maarifləndirici treninqlər Milli Məclisə seçkilərin şəffaf və qanunauyğun təşkili üçün mühüm əhəmiyyətə malikdir. Treninq iştirakçıları seçkilərə hazırlığın gedişi ilə bağlı aydın və hərtərəfli şəkildə məlumatlandırılır.

Dairədə Milli Məclisə seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran sədr bildirib ki, treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri mütəmadi maarifləndirilir. Qeyd edib ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Dairə seçki komissiyasının ərazisində 31 daimi seçki məntəqəsi fəaliyyət göstərir ki, bunlardan 21-i Nəsimi, 10-u isə Səbail rayonlarına aiddir.

Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Bütün məntəqələr lazımı texniki avadanlıqla və məlumat kitabçaları ilə təmin edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Şəffaflığın təmin olunması məqsədilə bəzi məntəqələrdə veb-kameralar quraşdırılıb.

Dairə seçki komissiyasının üzvü Valeh Qasımov tərəfindən treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri, onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib.

Treninqlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə "Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.

Qeyd edək ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə treninqlər sabah da davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM