28 Yanvar 2020 13:09
452
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib


Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin 76-cı ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, baş konsul Sultan Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti yanvarın 27-də Leninqradın faşist blokadasından azad edilməsi münasibətilə Sankt-Peterburq şəhərində keçirilən tədbirlərdə iştirak edib.

Piskaryov Memorial qəbiristanlığında əklil və gül qoyma mərasimində Baş konsulluğun əməkdaşları, tanınmış ictimai xadimlər, ziyalılar və Sankt-Peterburq "Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişovun başçılığı ilə diaspor təmsilçiləri iştirak ediblər. Burada Leninqradın azad edilməsi uğrunda həlak olmuş azərbaycanlı döyüşçülərin memorial lövhəsinin önünə də gül dəstələri qoyulub.

Leninqradın blokadadan tamamilə azad edilməsinin ildönümündə "Ana-Vətən” heykəlinin olduğu mərkəzi xiyabandakı mərasimdə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin başçısı Aleksandr Drozdenko, Federasiya Şurası və Dövlət Dumasının deputatları, məhkəmə hakimləri, ictimai təşkilatların nümayəndələri, blokadanı yaşayanlar, veteranlar və şəhər sakinləri iştirak ediblər.

Mərasimdə Federasiya Şurasının spikeri Valentina Matviyenko və RF Prezidentinin Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan iştirak ediblər. Tədbir fəxri qarovul və hərbi orkestrin keçidi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video