Alternative content

20:35 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün 600-dək şagird ərizəsini təsdiqlədib
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün 600-dək şagird ərizəsini təsdiqlədib
ANA SƏHİFƏ / Təhsil
13:07 28.01.2020

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında iştirak üçün şagirdlərin ərizə qəbulu davam edir.

Xüsusi Məktəbə qəbul imtahanında 2020-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında "Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

AZƏRTAC xəbər verir ki, yanvarın 28-i saat 12:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 597 nəfər ərizəsini təsdiqlədib. İmtahana yalnız "Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılacaqlar.

Xatırladaq ki, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqələrini və imtahana buraxılış vərəqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiqlənməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. İmtahanların nəticəsi DSX-yə təqdim olunacaq. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb ediləcək. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM