Alternative content

21:29 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aleksandr Şapiro Suliman: Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır
Aleksandr Şapiro Suliman: Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır
ANA SƏHİFƏ / SİYASƏT
13:05 28.01.2020

Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə aparılan islahatların davamıdır. Demokratik cəmiyyətlərdə islahatlar davamlı və təxirəsalınmaz şəkildə aparılır. Prezident İlham Əliyevin apardığı bu islahatlar Azərbaycanın beynəlxalq aləmə daim inteqrasiya etdiyini bir daha sübuta yetirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında MDB Yəhudi Konqresinin sədri, xoşməramlı səfir, politoloq Aleksandr Şapiro Suliman bildirib.

O qeyd edib ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədəki demokratiyanın inkişafından xəbər verir. Bundan başqa, qanunverici orqana seçkilərdə namizədlər arasında gənclərin üstünlük təşkil etməsi yeni parlamentin xalqın istəklərinə tam cavab verəcəyini göstərir. Cəmiyyət hər zaman yeniliklərin tətbiq olunmasını istəyir. Azərbaycanın Milli Məclisi böyük inkişaf yolu keçmiş qanunverici orqandır.

MDB Yəhudi Konqresinin sədri Prezident İlham Əliyevin dövlət və hökumət strukturlarında apardığı islahatların Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılandığını bildirib. O deyib: "Sevindirici haldır ki, müxtəlif siyasi partiyalar seçkilərə fəal şəkildə qatılıb, öz namizədlərini irəli sürüb. İndiki mərhələdə namizədlər fəal təbliğat-təşviqat kampaniyalarını aparırlar”.

Politoloq qeyd edib ki, Azərbaycandan kənarda aparılan müşahidələr bu gün ölkədə azad, ədalətli, Seçki Məcəlləsinin tələblərinə uyğun seçkilərin keçirilməsi üçün imkanların yaradıldığını göstərir. "Hesab edirəm ki, seçki prosesi normal qaydada gedir və uğurla başa çatacaq”, - deyə o əlavə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM