28 Yanvar 2020 12:59
1144
İDMAN
A- A+

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib

Yanvarın 28-də AFFA-nın növbəti konfransında qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurovun namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehdiyevanın namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video