28 Yanvar 2020 01:31
759
İQTİSADİYYAT
A- A+

Qeyri-formal məşğulluğa qarşı maarifləndirmə işləri davam edir


"İşçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Qeyri-formal məşğulluq işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə fəal olmalıdırlar”.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şabran rayonunda keçirdiyi əmək qanunvericliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma məqsədi daşıyan tədbirdə diqqətə çatdırılıb.

İşçi və işəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə qeyri-formal məşğulluğun mənfi nəticələri, əməyin leqallaşdırılmasının əhəmiyyəti vurğulanıb, 2019-cu ildə ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, əldə edilmiş müsbət nəticələr qeyd edilib. Həmçinin istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, məzuniyyət hüququnun təmin edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə iştirakçılar məlumatlandırılıb, onlara əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumatlar verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətlərindən və s. bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video