27 Yanvar 2020 17:36
437
CƏMİYYƏT
A- A+

Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub


Türkiyə Respublikası Ətraf Mühit və Şəhərsalma Nazirliyinin tikinti işlərinə nəzarət qurumunun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində (TTNDA) olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, üçgünlük səfərin məqsədi "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclasının Protokolu”na əlavə edilən Fəaliyyət Planının 63-cü və 64-cü bəndlərinin icrası ilə əlaqədar qarşıda duran tədbirlərin müzakirəsi olub.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi ilə görüşdə agentlik və onun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib, tikintiyə nəzarət sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra aidiyyəti mütəxəssislərin iştirakı ilə hər iki ölkənin tikintiyə nəzarət sistemləri barədə təqdimatlar edilib. Türkiyədə tətbiq edilən Elektron Beton İzləmə Sistemi (EBİS) əyani nümayiş olunub və onun Azərbaycanda qurulmasının imkanları nəzərdən keçirilib. Eyni zamanda, qonaqlar agentliyin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun sınaq poliqonunun fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşdə, həmçinin zəlzələ, sel və digər təbii fəlakət hallarında fəlakətdən ziyan çəkmiş tikililərə dəyən zərərin müəyyənləşdirilməsi, infrastrukturla bağlı zərərin müəyyənləşdirilməsi, qəzalı binaların sökülməsi, fəlakət nəticəsində dağıntıların aradan qaldırılması və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Aparılmış müzakirələrin yekunu olaraq həmin Fəaliyyət Planının 63-cü və 64-cü bəndləri üzrə müvafiq əməkdaşlıq istiqamətlərini müəyyən edən "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Tikinti işləri sahəsində əməkdaşlığa dair protokol”un ilkin layihəsi hazırlanaraq təqdim olunub.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə qurumlar arasında təcrübə və mütəxəssis mübadiləsinin, qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video