27 Yanvar 2020 16:12
1090
DÜNYA
A- A+

Türkiyə Daxili İşlər naziri: dağıntılar altından 45 nəfər sağ çıxarılıb, 39 nəfər həlak olub


Türkiyənin Daxili İşlər, Səhiyyə, Ədliyyə, Ətraf Mühit və Şəhərsalma nazirləri və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altından 45 nəfərin sağ çıxarıldığını, 39 nəfərin isə həlak olduğunu deyib. Nazir iki nəfərin də ürək tutması nəticəsində öldüyünü bildirib.

Məlumat verilib ki, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 948 afterşok qeydə alınıb.

S.Soylu zəlzələdən dərhal sonra ölkənin Təhsil Nazirliyi tərəfindən uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bölgəyə müəllimlərin cəlb olunduğunu deyib.

Qeyd edilib ki, zəlzələdən əziyyət çəkənlər üçün indiyədək 45 sığınacaq açılıb. Elazığın mərkəzində 1000 konteynerli müvəqqəti yaşayış mərkəzinin tikintisinə başlanılıb.

Bu gündən etibarən həm Malatya, həm də Elazığda ictimai qurumlar fəaliyyətə başlayıb.

Səhiyyə naziri Fahrettin Koca hazırda xəstəxanalara müraciət edən 1607 nəfərdən 86-nın müalicə olunduğunu deyib. Onlardan 18-i reanimasiya şöbəsindədir.

Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum Elazığda 2 min yeni evin tikiləcəyini, bu gündən etibarən sahə və yer tədqiqatlarına başlanıldığını qeyd edib.

Bildirilib ki, hazırda bölgəyə dəyən zərərin məbləği hesablanır. Beş min mütəxəssis tərəfindən bu istiqamətdə aparılan araşdırmaların 10 gün içində tamamlanacağı planlaşdırılır.

Nazir hadisə nəticəsində 50 tikilinin dağıldığını, 308-nin isə ağır zədə aldığını qeyd edib.

Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Numan Kurtuluş Türkiyənin hər yerindən zəlzələ baş verən bölgəyə dəstəyin göstərildiyini bildirib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video