27 Yanvar 2020 16:06
738
CƏMİYYƏT
A- A+

Şəkidəki seminar-müşavirədə Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub


Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin etibarlı qorunması mühüm amillərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar yanvarın 27-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə səsləndirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltmək məqsədi daşıyıb.

Seminar-müşavirədə MSK-nın üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyasının sədrləri, 11 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər.

Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Muradov və MSK-nın üzvü Tofiq Həsənov çıxış edərək bildiriblər ki, ölkəmizdə seçkilərin keçirilməsi sahəsində böyük təcrübə qazanılıb. Əminliklə qeyd etmək olar ki, Milli Məclisə seçkilər də əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcək.

Sonra MSK-nın üzvü Tofiq Həsənov "Seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti əsasları” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələrin seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovniki Hamlet Hümbətəliyev "Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda təqdimatla çıxış edib.

Qeyd olunub ki, Milli Məclisə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və seçki prosesində iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması, polis əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət etmələri və digər bu kimi məsələlər nazirliyin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Diqqətə çatdırılıb ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq. Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Seminar-müşavirədə, həmçinin MSK-nın üzvü İlkin Şahbazovun "Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda təqdimatı dinlənilib.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Seminar-müşavirədə ATƏT-in beynəlxalq müşahidəçiləri də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video