27 Yanvar 2020 14:16
554
İQTİSADİYYAT
A- A+

Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında 28 ilin rekord göstəricisi qeydə alınıb


2019-cu ildə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də konteyner və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin rekord göstəricisi qeydə alınıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il limanda 35 min 152 TEU konteyner aşırılıb, bu da 2018-ci illə müqayisədə 53,6 faiz artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 min 887 TEU təşkil edib). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111 faiz artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olub). İl ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprelindən konteyner daşıyan "Türkestan” və "Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.

TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3 faiz artım qeydə alınıb və 33 min 671 təkərli texnika aşırılıb. Bunlardan 24 min 970 ədədi (74,2 faiz) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı, əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyi ilə bağlıdır.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı, həmin ilim mayın 14-də isə Yeni Bakı Limanı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video