Davos görüşlərində Azərbaycanın enerji sahəsində uğur və perspektivləri əsas mövzulardan oldu
Azərbaycanın həyata keçirdiyi neft-qaz və ixrac layihələri dünyanın diqqət mərkəzindədir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşən "Cənub qaz dəhlizi” Avropanın enerji xəritəsini dəyişdirən layihə kimi yüksək dəyərləndirilir.
"Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi müddətinin 2050-ci ilədək uzadılması, "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinə başlanması karbohidrogen ehtiyatlarımızın hələ çox olduğunu göstərdi. Bunu müxtəlif kəşfiyyat mərhələlərində olan yeni yataqlarda aparılan işlər də təsdiqləyir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunda ölkəmizin bu sahədə fəaliyyəti ən çox bəhs edilən mövzulardan biri olub.
Prezident İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. OPEC-in baş katibi beş il bundan əvvəl Azərbaycanın dövlət başçısının dünya iqtisadi forumundakı çıxışını xatırladıb. Məlumdur ki, o zaman Azərbaycan Prezidenti OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış etmişdi. Həmin vaxta qədər dünya liderlərindən heç kəs belə bir təşəbbüs irəli sürməmişdi.
M.Barkindo bunu yüksək dəyərləndirərək deyib: "Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz... Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq”.
Ötən müddət Azərbaycanın qəbul edilmiş bütün qərarlara sadiq olduğunu göstərib. Hətta OPEC+ formatında görüşlərin biri Bakıda keçirilib. Bu günlərdə Davosda OPEC-in baş katibi ilə görüşündə Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunub və deyib: "Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək”.
Prezident İlham Əliyevin Davosda dövlət və hökumət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri ilə keçirdiyi bir sıra digər görüşlərdə də neft-qaz sektoruna aid işlər və perspektivlər geniş müzakirə olunub. BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşdə TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) artıq istifadəyə verildiyi və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) bu ilin sonunadək hazır olacağı qeyd edilib.
Söhbət zamanı "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb. Bildirilib ki, bu ilin fevral ayında Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşü keçiriləcək.
Qeyd edək ki, bu, Məşvərət Şurasının altıncı toplantısı olacaq. Əvvəlki toplantıların da hamısı Bakıda keçirilib. Bu faktın özü də "Cənub qaz dəhlizi” layihəsinin təşəbbüsçüsünün və aparıcı qüvvəsinin məhz Azərbaycan olduğunu təsdiqləyir.
Ölkəmizin neft-qaz sektorundakı əsas tərəfdaşlarından biri də Rusiyanın LUKOİL şirkətidir. Bu şirkətlə əməkdaşlıq uğurla davam edir. Davosda dövlətimizin başçısının LUKOİL-un prezidenti Vahid Ələkbərovla söhbəti həmin mövzuda oldu. İndi bu şirkət Azərbaycanın "Naxçıvan” və "Qoşadaş” yataqlarında iş aparacaq. Belə ki, Davosda həmin yataqların birgə işlənməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi. Perspektiv strukturlar və SOCAR-LUKOİL əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın dövlət başçısı Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə də görüşüb. İki ölkə arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunarkən neft-qaz sektorunda əməkdaşlıq imkanları da araşdırılıb və fikir mübadiləsi aparılıb.
Məlumdur ki, Azərbaycan neftinin və qazının dünyaya yolu qonşu Gürcüstandan keçir. Ölkəmizin karbohidrogen ehtiyatları dünya bazarlarına Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum marşrutları, "Cənub qaz dəhlizi” vasitəsilə çatdırılır. Davosdakı görüşlərində də Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri Giorgi Qaxariya ölkələrimizin iştirakı ilə qlobal və regional enerji, eləcə də nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmini vurğulayıblar.
Bir sözlə, Azərbaycan enerji sahəsində mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələri yaradıb. Davos görüşləri bu əlaqələrin daha da möhkəmləndiyini göstərdi və getdikcə genişlənəcəyinə inam yaratdı.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!