26 Yanvar 2020 00:22
896
Səhiyyə
A- A+

Xəstəliklərin ətirli və dadlı dərmanı


Ləzzətli və ətirli portağalın faydaları saymaqla bitmir. Bu meyvənin tərkibi A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflərlə zəngindir və əsl mənada C vitamini deposudur.

Məhz bu səbəblərdən portağal orqanizm üçün əvəzolunmazdır. Xərçəng əleyhinə təsiri olan portağalın tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzisi, ağciyər, ağız və yoğun bağırsaq xərçənginin profilaktikasında böyük rol oynayır.

C vitamini soyuqdəymə və qrip xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin bu vitamin damarların sağlamlığı üçün də çox vacibdir və onların sərtləşməsinin qarşısını alır, trombların əmələgəlmə riskini azaldır. Bu meyvə mis, dəmir və fol turşusunun sayəsində qanın tərkibini yaxşılaşdırır.

Böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alan və liflərlə zəngin olan portağal qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.

O cümlədən arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır. Şəfalı meyvə insanın əhvalını da yaxşılaşdırır, stressi, yorğunluğu azaldır, orqanizmin tonusunu artırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video