26 Yanvar 2020 00:21
924
Səhiyyə
A- A+

Artıq xərçəng və Alzheimer inkişaf etmədən qan testi ilə təyin olunacaq


Yüz illərin xəstəliyi xərçəng və Alzheimer artıq əvvəlcədən təyin ediləcək. Bu barədə məşhur biotexnologiya mütəxəssisi Mathias Uhlen məlumat verib. O bildirib ki, hazırda elm aləmi araşdırmalarını insan DNT-sinin əsasını təşkil edən qandakı proteinlərə yönəldib: "Hər kəsin qanında öz barmaq izləri var. Bunun sayəsində insanın sağlıqlı olmasını, yoxsa hansısa xəstəliyə yaxalandığını izləyə bilərik. Böyük ehtimalla yaxın gələcəkdə hər il bir dəfə qan testi tətbiq edərək, hər hansı bir xəstəliyin inkişaf edib-etməməsi barədə məlumat alma şansımız olacaq. Həmçinin Alzheimer xəstəliyinin simptomlarını və ya əlamətlərini görə bilmək, qaraciyər piylənməsi, diabet kimi xəstəlikləri də hələ yaranmadan izləmək mümkün olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video