25 Yanvar 2020 01:18
712
CƏMİYYƏT
A- A+

Seçici arzusu


Ərazisi erməni qəsbkarları tərəfindən işğal olunduqdan sonra qubadlılılar respublikanın 42 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Onların əksəriyyəti Sumqayıt şəhərində yaşayır. Rayonun icra strukturları, idarə və təşkilatları da əsasən burada fəaliyyət göstərir.

Qubadlılılar köçkün həyatı yaşasalar da, ölkənin iqtisadi-siyasi həyatında fəal iştirak edir. Onlar fevralın 9-da keçiriləcək parlament seçkilərinə də ciddi hazırlaşırlar. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə etdiyi məntəqələrin hamısında hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının tədbirlər planına uyğun olaraq aparılmışdır.

Seçki dairəsinin 36 saylı məntəqəsi İnşaatçılar qəsəbəsində İşıqlı kənd tam orta məktəbinin binasında fəaliyyət göstərir. Yolumuzu bu məntəqədən saldıq. Məntəqə seçki komissiyasının sədri Fərhad Yusifov bildirdi ki, seçki məntəqəsi texniki avadanlıqla tam təmin olunub. Məntəqədə namizədlərin təbliğat-təşviqat materiallarını yerləşdirmələri üçün lövhələr quraşdırılıb. Onların hər birinə bərabər şərait yaradılıb. Hazırda qeydə alınan namizədlər seçicilərlə görüşür, platformalarını bəyan edirlər.

Seçicilərə gəldikdə isə, komissiya sədri dedi ki, yaşı 80-100 arasında olanların sayı 201, ilk dəfə səs verənlərin sayı isə 3 nəfərdir. Bu günlərdə gənclərlə görüş keçirdik. Gənclər söhbət zamanı bizə kömək etməyə hazır olduqlarını da bildirdilər. Bu, çox yaxşı haldır. Yaşlı insanların səsvermədə iştiraklarını təmin etmək üçün də tədbir görmüşük. Seçicilərimiz söhbət zamanı deyirlər ki, ən böyük arzuları növbəti seçkiləri doğma yurd-yuvalarında keçirməkdir. Biz əminik ki, belə də olacaq. Çünki ölkəmizin artan iqtisadi və hərbi qüdrəti bunu deməyə əsas verir.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video