24 Yanvar 2020 23:10
656
Mədəniyyət
A- A+

Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır


Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk. Biz bunu ümumilikdə ölkələrimizin prezidentləri, Xarici İşlər nazirləri, hökumətlər səviyyəsində edirik.

Bu barədə "Onları Bakı və Moskva sevir” adlı sərgidə iştirak edən Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlərə müsahibəsində deyib.

"Biz bütün sferalarda, bütün sahələrdə münasibətlərimizin əsas xarakterini daim qeyd edirik. Bu, dostluq, tərəfdaşlıq münasibətləridir, mehriban qonşuluq, tarixən meydana gələn sıx əlaqələr, iki ölkənin, iki xalqın taleyidir. Mənə elə gəlir ki, bugünkü forum bunu bir daha təsdiqlədi. İndi mən müəyyən etməyə çətinlik çəkirəm – mən Moskva tədbirindəyəm, yoxsa Azərbaycanda təşkil olunan tədbirdə? Çünki bu gün Bakıya gələn bu qədər sayda elita nümayəndələri, siyasi, vətəndaş cəmiyyəti təmsilçiləri, mədəniyyət xadimləri hər dəfə hətta Moskvada belə toplaşmırlar. Bu, ikitərəfli münasibətlərin inkişaf perspektivinə xüsusi ehtiramın və xüsusi diqqətin əlamətidir”, - deyə M.Zaxarova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video