24 Yanvar 2020 17:47
578
DÜNYA
A- A+

Avropalı alimlər torpağa həyat verirlər

Bir qrup avropalı alim İspaniya ilə Portuqaliya arasında sərhədyanı zonada üzvi kompost (bitki və heyvan tullantılarından hazırlanan üzvi gübrə) və texnogen torpağın (süni yaradılmış torpaq qatqıları) köməyi ilə ərazinin sağlamlaşdırılması üzərində işləyir. Artıq əldə olunmuş nəticələr, xüsusilə köhnə mis mədəninin yaxınlığında atılmış torpaqların dirçəlməsi xoş təəssürat yaradır. Professor Felippe Masiasvaskesin dediyinə görə, "burada nə ot, nə də bir kol bitirdi. Hazırkı otlar isə texnogen torpaqda bitirilmişdir”. Alimlər qarşılarına qoyduqları məqsədə - ağacların bitməsinə, təbiətin yenidən oyanmasına nail ola bilmişlər.

Avropanın "Res2Valhum” layihəsi Portuqaliyanın üç, İspaniyanın dörd şəhərini birləşdirir. Layihə yeddi tərəfdaş təşkilatın qüvvəsi ilə həyata keçirilir. Bunlar texnogen torpaq, yaxud üzvi kompost istehsal edən beş şirkət və iki universitet laboratoriyasıdır. Proqramın ümumi büdcəsi 2 milyon avrodan çoxdur.

Santyaqo-de-Kompostela Universitetinin laboratoriyasında tədqiqatçılar kompostu müxtəlif qrup üzvi tullantılardan – məişət tullantısı, peyin və yosundan hazırlayırlar. Nəticələr alimləri ruhlandırır: kompost əldən düşmüş torpaq sahələrinə həyat verməyə qadirdir.

Proqramın əlaqələndiricisi Sara Lopes deyir: "Məsələn, biz sahilə atılmış yosunu yığırıq. Çoxları bunun heç nəyə lazım olmadığını fikirləşirlər. Lakin bu, belə deyil. Yosun kompostun tərkibində vacib qida elementinə çevrilərək ikinci həyatını qazanır”.

Layihənin iştirakçıları tədqiqat və eksperimentlərin nəticələrini mübadilə edirlər. Portuqaliyanın "Lipor” qrupu Portudan və yaxınlıqdakı yaşayış məntəqələrindən daxil olan tullantıların toplanması və emalı ilə məşğul olur. Onu digər inqrediyentlərlə qarışdırırlar və alınan kompost yeraltı anbarlarda tam "yetişir”. Müəssisə ildə 12 min tonadək kompost hazırlayır.

Mühəndis Susanna Lopeş diqqəti müvafiq avadanlığın olmasının əhəmiyyətinə yönəldir. O bildirir ki, lazımi avadanlıq üzvi tullantıları bərpa etməyə və sonradan torpağa qaytarmağa imkan yaradır. Bu cür kompost həm də karbonu udmağa qadirdir.

Bu sərhədyanı regionun mütəxəssisləri hesab edirlər ki, tullantıların diqqətlə sortlaşdırılması və düzgün emalı əldən düşmüş torpaqlara həyat gücünü qaytarmağa imkan verəcək.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video