Alternative content

00:16 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Namizədlərə geniş imkanlar yaradılıb
Namizədlərə geniş imkanlar yaradılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:00 24.01.2020


Fevral ayının 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün dairə seçki komissiyalarında qeydə alınan namizədlərin sayının çoxluğu seçki öncəsi sağlam rəqabət mühitindən xəbər verir.

58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasında da bu mühüm kampaniyaya ciddi hazırlıq görülür. Bu dairə 48 daimi seçki məntəqəsini əhatə edir. Onlardan 41-i Hacıqabul, 7-si Kürdəmir rayonları ərazisindədir.

Yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş təhsil, səhiyyə, mədəniyyət ocaqlarının binalarında yerləşən məntəqələrin hamısının telefonla, rabitə və fasiləsiz elektrik enerjisi ilə dayanıqlı təminatı var. Seçki prosesinin gedişi zamanı şəffaflığın təmin edilməsi məqsədilə 8 məntəqədə veb-kamera quraşdırılmışdır.

Qeydə alınan namizədlərin təşviqat və təbliğat aparmaları üçün qəsəbə və kəndlərdə açıq və qapalı yerlər müəyyən edilmişdir. Dairə üzrə seçicilərin ümumi sayı 46900 nəfərdir. Onların 41591 nəfəri Hacıqabul, qalanı Kürdəmir rayonlarının sakinləridirlər. Seçicilərin 6 nəfərinin yaşı 100-dən çoxdur. Seçki dairəsi üzrə 490 nəfər müşahidəçi seçkilərin gedişini izləyəcək.

Namizədliyi qeydə alınanlar 8 nəfərdir. Onlardan 1 nəfəri Yeni Azərbaycan Partiyası, 1 nəfəri Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüşdür. Qalan 6 nəfər isə müstəqil olaraq öz namizədliklərini irəli sürmüşdür. Bir sözlə, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların seçmək imkanının, aktiv seçki hüququnun səmərəli həyata keçirilməsinə geniş imkan yaradılıb. Namizədlər artıq bir neçə gündür ki, yaradılan şəraitdən istifadə edir, təbliğat və təşviqat kampaniyası aparırlar.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM