Alternative content

17:56 18 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Hindistanın milli bayramı qeyd edilib
Bakıda Hindistanın milli bayramı qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
22:49 23.01.2020

Yanvarın 23-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri də Hindistandır.

Səfir qeyd edib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar olunub, ötən illər ərzində Hindistan sürətlə inkişaf edib və bəşəri dəyərlərə töhfə verib.

Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.

İki ölkə arasında münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycan və Hindistan arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur: "Multikulturalizmə və mədəniyyətlərarası dialoqa olan hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu ilbəil genişlənir. Azərbaycan və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də əməkdaşlıq edir”.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib, iki ölkəni bir-birinə mədəni, tarixi dəyərlərin bağladığını vurğulayıb. Nazir müavini Azərbaycanla Hindistanın siyasi əlaqələrinin uğurla inkişaf etdiyini və ölkələrimizin beynəlxalq siyasi platformalarda səmərəli əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıb: "2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar Azərbaycana 1,2 milyard ABŞ dolları sərmayə yatırıblar”.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM