Alternative content

02:21 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisində təmsil olunub
Azərbaycan 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisində təmsil olunub
ANA SƏHİFƏ / Turizm
16:49 23.01.2020

Madriddə 40-cı Beynəlxalq "FITUR-2020” turizm sərgisi açılıb. "FITUR” bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün unikal məkan, kommersiya tipli müqavilə və sazişlər bağlamağa imkan verən gözəl biznes vasitəsidir. Keçən il bu sərgiyə 165 ölkədən 10487 şirkətin nümayəndələri cəlb edilmiş, onlar 886 eksponent nümayiş etdirmişdir.

AZƏRTAC xəbər verir ki, builki sərginin əsas tematik bölmələri bunlardır: "Səyahət və turizm”, "Turizm məhsulları”, "Daxili turizm”, "Ekoturizm”, "Çimərlik istirahəti”, "Ekskursiya turizmi”.

Ölkəmiz bu nüfuzlu tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin və Respublikamızın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə uğurla təmsil olunub. Turizm sərgisinin işində Azərbaycanın "Siso Travel”, "Turizm.az” və "ENC tours.turizm” şirkətləri iştirak edir. Ölkəmiz "Azərbaycan – bir də bax” devizi ilə təmsil olunub. Bu, Avropa və Latın Amerikası ölkələrindən olan turistlərin zəngin tarixə, mədəniyyətə malik olan, bənzərsiz milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini yeniləşdirməyə imkan verəcək.

Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təchiz olunub. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri arasında işgüzar görüşlər keçirilir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev AZƏRTAC-a müsahibəsində deyib: "FITUR-2020” Avropanın turizm bazarında mühüm hadisələrdən biridir. Azərbaycan burada əvvəlki illərdə də iştirak edib. Bu sərgi Azərbaycanın Avropa, Latın Amerikası və Şimali Afrika ölkələrində populyarlaşması üçün böyük imkanlar verir. Bizim daha bir mühüm məqsədimiz burada təmsil olunmuş Ermənistan tərəfindən baş verə biləcək provokasiyaların qarşısını almaqdır. FITUR sərgisinin qaydalarına görə, belə halların qarşısını yalnız bilavasitə iştirak yolu ilə almaq olar. Keçən il belə provokasiyanın qarşısını Azərbaycanın İspaniyadakı səfirliyi ilə birlikdə aldıq”.

Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 2019-cu ildə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayı 11,4 faiz artıb. Avropa ölkələrindən olan turistlərin sayı daha çox artıb. Son illərdə Braziliya, Meksika və Kolumbiyadan Azərbaycana turist axını müşahidə olunur. Hazırda bu sərgidə təmsil olunmuş regionlardan yeni birbaşa reyslərin və loukosterlərin açılması məsələsi gündəlikdədir. Azərbaycan bir sıra beynəlxalq sərgilərin işində iştirak etməklə öz turizm potensialını nümayiş etdirir. Bizim turoperatorlar FITUR sərgisi çərçivəsində xarici həmkarları ilə səmərəli görüşlər keçirirlər.

Beynəlxalq sərgi yanvarın 26-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM