23 Yanvar 2020 16:45
726
DÜNYA
A- A+

İmran Xan: İran ilə ABŞ arasında silahlı toqquşma region üçün fəlakətlə nəticələnə bilər


İran ilə ABŞ arasında silahlı toqquşma baş verərsə, bu, bütün region, o cümlədən Pakistan üçün fəlakətlə nəticələnəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Baş Naziri İmran Xan Davos şəhərində Dünya İqtisadi Forumda çıxışı zamanı deyib.

Tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşündə bu məsələyə toxunduğunu deyən İmran Xan bildirib : "Mən Prezident Donald Trampa dedim ki, İran ilə müharibə terrorçuluğun və ekstremist hərəkatların daha geniş yayılmasına şərait yaradacaq. ABŞ ilə İran arasında silahlı toqquşma yolverilməzdir. Müharibə Yaxın Şərqə dağıntı, aclıq və fəlakətdən başqa heç nə verməyəcək.

Xatırladaq ki, Pakistanın Baş Naziri İmran Xan Donald Trampın xahişi ilə İran ilə ABŞ və İran ilə Səudiyyə Ərəbistanı arasında bəzi məsələlərə dair vasitəçilik missiyasını həyata keçirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Davos Forumunda Ər-Riyadın Tehran ilə dialoqa hazır olduğunu bildirib. Buna cavab olaraq İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter” hesabında yazıb ki, rəsmi Tehran bütün qonşuları ilə dialoq aparmaqda maraqlıdır.

Görünən odur ki, hələlik Pakistanın Baş Nazirinin vasitəçilik missiyası fayda verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video