23 Yanvar 2020 13:46
528
CƏMİYYƏT
A- A+

Rusiya Prezidenti Vladimir Putin Mixail Qusmanı 70 illiyi münasibətilə təbrik edib


Rusiya Prezidenti Vladimir Putin həmvətənimizi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illiyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Kremlin saytında yerləşdirilmiş təbrik məktubunda deyilir: "Sizin peşə bioqrafiyanız və bütün həyatınız uzun illər ölkənin ən qocaman və ən nüfuzlu informasiya agentliklərindən biri ilə sıx bağlı olub. Çox yüksək səriştəliliyiniz və erudisiyanız, jurnalistlik və müsahibə götürmək istedadınız və əlbəttə, əfsanəvi TASS agentliyinin və müasir yerli KİV-lərin inkişafına əhəmiyyətli, yaradıcı və qurucu töhfəniz Sizə ən səmimi hörmət qazandırıb. Sizə cansağlığı, uğurlar diləyir, ən xoş arzularımı ifadə edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video