Alternative content

19:22 25 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
ANA SƏHİFƏ / SİYASƏT
13:22 23.01.2020

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun saytında ABŞ-ın Corctaun Universitetinin professoru və Xəzər dənizi regionu üzrə ekspert Brenda Şafferin "Türkiyənin energetika sahəsində Qərbə istiqamət götürməsi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Türkiyənin enerji siyasətindən və regiondakı geosiyasi vəziyyətdən, habelə Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın əhəmiyyətli töhfəsindən danışılır.

AZƏRTAC xəbər verir ki, müəllif Türkiyə rəhbərliyinin enerji siyasətindən və bu yaxınlarda "Türk axını” qaz kəmərinin işə salınmasından söz açır. Sonra o, enerji resurslarının Türkiyə bazarına idxalının şaxələndirilməsi məsələsinə toxunaraq yazır: "Ankara özünün enerji təchizatı strukturuna və siyasətinə bir neçə səbəbdən əhəmiyyətli dəyişikliklər edir. Bunlardan biri Transanadolu boru kəməri vasitəsilə Azərbaycanın "Şahdəniz-2” yatağından qaz təchizatının başlanmasından və genişləndirilməsindən sonra Azərbaycandan qaz nəqlinin artırılması imkanıdır”.

Azərbaycan ilə Türkiyə strateji münasibətləri dəstəkləyir, Türkiyənin dövlət şirkətləri həm hasilat obyektlərini, həm də Transanadolu boru kəmərinin özünü inkişaf etdirmək üçün Cənub Qaz Dəhlizi layihəsinə sərmayə yatırıblar. Ekspert qeyd edir ki, "Şahdəniz” yatağından olan qazın qiyməti də Türkiyə üçün münasibdir. Beləliklə, Azərbaycan Türkiyə üçün ən etibarlı qaz mənbəyi kimi nəzərdən keçirilir və indi bazara daha çox qaz daxil olduqca, Türkiyənin payı da çoxalır.

Məqalənin sonunda deyilir: Azərbaycandan qaz idxalının, eləcə də ABŞ-dan maye qaz idxalının artması Türkiyəyə imkan verir ki, o, qeyri-sabitlik və ya regional münaqişə səbəbindən digər mənbələrdən qaz təchizatında yaranan mümkün pozulmaların öhdəsindən gələ bilsin.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM