Alternative content

18:14 18 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan diplomatiyasına baxış” kitabı işıq üzü görüb
“Azərbaycan diplomatiyasına baxış” kitabı işıq üzü görüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:07 23.01.2020

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində ölkəmizin Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə Xarici İşlər Nazirliyinin ikinci katibi Mirdavud Sultanovun müəllifi olduğu "Azərbaycan diplomatiyasına baxış” adlı kitab ərəb dilində işıq üzü görüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllif kitabda mürəkkəb və ziddiyyətli proseslərin şahidi olmuş Azərbaycan diplomatiyasının tarixinə qədim dövrlərdən müasir dövrə qədər yığcam və ümumiləşdirilmiş şəkildə nəzər salaraq onun başlıca hədəflərinə toxunur.

Müqəddimədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən, 9 iyul tarixinin Azərbaycan diplomatik xidmət orqanlarının təsis edildiyi gün kimi qeyd olunduğu diqqətə çatdırılır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair 1919-cu ilin 9 iyul tarixində müvəqqəti təlimatın qəbul edildiyi bu tarixin məhz diplomatik xidmət orqanlarının gününün qeyd edilməsi üçün əsas götürüldüyü bildirilir.

Eyni zamanda, kitabın ön səhifələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın diplomatiya tarixi haqqında səsləndirdiyi fikirlər yer alır.

Bununla yanaşı, XVIII-XX əsrlərdə diplomatiyamızın üzləşdiyi çətinliklər və mürəkkəb vəziyyət kitabda nisbətən geniş və sadələşdirilmiş şəkildə oxucuların diqqətinə çatdırılır.

Kitabda, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələrin Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri, konsulluqları, habelə xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirildiyi və həmin dövrün çağırışları və milli diplomatiyamızın üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər nəzərə çatdırılır.

Faktorqrafik məlumatlarla zəngin olan kitabda Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, Azərbaycanın enerji diplomatiyası, dünya ölkələri ilə münasibətləri, regional təşkilatlarla əlaqələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlar öz əksini tapır və beynəlxalq güc mərkəzlərinə münasibətdə milli diplomatiyamızın yürütdüyü siyasətin əsas konturları aydın şəkildə izah olunur.

Ön sözünü Küveyt Dövlət Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı Humud Əl-Qaşaanın yazdığı bu kitabın 2020-2021-ci tədris ilində sözügedən fakültənin siyasi elmlər bölməsində dərslik vasitəsi kimi istifadə olunacağı və orada təqdimat mərasiminin keçiriləcəyi planlaşdırılır.

Qeyd etmək lazımdır ki, müəllif Azərbaycan həqiqətlərinin Misir auditoriyasına dolğun şəkildə çatdırılması məqsədilə Misir Ərəb Respublikasındakı səfirliyimizin dəstəyi ilə ilk dəfə ərəb dilində dərc olunan "Azərbaycan” qəzetini də təsis edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM