23 Yanvar 2020 12:46
507
SİYASƏT
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, xanım Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olduğunu qeyd edib. Birinci vitse-prezident vurğulayıb ki, Mixail Qusman əsl vətənpərvər kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video