Alternative content

02:21 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Demokratik ənənə formalaşıb
Demokratik ənənə formalaşıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:48 23.01.2020


Ölkəmizdə seçkilər hər zaman demokratik prinsiplərə uyğun keçirilir. Zaman keçdikcə bu ənənə daha da inkişaf edir. Bunu Sumqayıt şəhərinin timsalında da görmək olar.

Fevral ayının 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin sayının çoxluğu, seçkiöncəsi sağlam rəqabət mühitinin mövcudluğu, hər bir namizədə bərabər imkanların yaradılması bundan xəbər verir. Əvvəlki seçkilərdə də müşahidəçilər bu şəhərdə seçkilərin texniki təchizatından və səviyyəsindən razı qalıblar.

Respublikamızda həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi inkişafı ilə bağlı daha sürətli irəliləmələri gündəmə gətirdi. O cümlədən Milli Məclisə seçkilərin keçirilməsi qərarı da bu istiqamətdə görülən işlər toplumunu da qabartdı. Bütün bunlar köklü dəyişikliklərin startı deməkdir və dövlət başçısının müvafiq sərəncam və fərmanları ilə artıq bir çox işlər həyata keçirilib.

Hazırda ölkəmiz Milli Məclisə seçkilərin keçirilməsinə hazırlaşır. Respublikamızın hər yerində deputatlığa namizədlər göstərilir və onlara demokratik qaydalara uyğun şərait yaradılır.

42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 38 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdən biri şəhər 3 saylı tam orta məktəbin binasında yerləşən 7 saylı seçki məntəqəsidir. Digər məntəqələrdə olduğu kimi, burada da seçicilərin rahat səs verməsi üçün bütün tələblər yerinə yetirilir. Məntəqə seçki komissiyasının katibi Nahidə Talehli bildirdi ki, qeydiyyatdan keçən namizədlərin nümayəndələri seçki məntəqəsində olub və hazırlığın gedişindən razı qalıblar.

Məntəqə seçki kommissiyasının üzvü Şəfiqə İsmayılova isə bildirdi ki, əhalinin siyahıya alınmasında həmin yaşayış binasının sakinləri də bizə kömək edirdi.

Ötən dövrlərdə Sumqayıtda keçirilmiş seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub. Seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımi şərait yaradılıb. İnanırıq ki, bu dəfə də belə olacaq.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM