Alternative content

21:35 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
01:29 23.01.2020


Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunun yüksək qiymətləndirildiyini qeyd edib. Nazir hər il Bruklində keçirilən Beynəlxalq Dostluq Gününü qeyd edərək tədbirə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib.

Marietta Rozental hər il Bruklində Azərbaycan həftəsinin təşkil edildiyini, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi və rəqslərinin nümayiş olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini vurğulayıb.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM