Alternative content

01:03 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Adı və dadı ilə tanınan Naxçıvan meyvələri
Adı və dadı ilə tanınan Naxçıvan meyvələri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:27 23.01.2020


Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin əlverişli ekoloji mühiti və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik olan, ilin ayrı-ayrı vaxtlarında yetişən müxtəlif meyvə sortlarının yaranmasına və becərilməsinə imkan verib.

Müasir dövrdə müxtar respublikanın aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort müxtəlifliyinin qorunması, zənginləşdirilməsi, tətbiqyönümlü sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadı səmərə əldə edilməsi əsas strateji istiqamətlərdəndir. Muxtar respublikada əhalinin meyvə, tərəvəz və üzümlə dolğun təmin edilməsi, xaricə məhsul ixrac olunması, nəticədə kənd əhalisinin məşğulluğunun artırılması və maddi-rifah halının yüksəldilməsi qəbul edilən müvafiq dövlət proqramlarının əsas məqsədini təşkil edir.

Davamlı xarakter alan iqtisadi yüksəliş regionda aqrar sahənin inkişafını da sürətləndirmişdir. Məlum olduğu kimi, qədim Naxçıvan diyarının kənd təsərrüfatında meyvəçilik mühüm əhəmiyyət daşıyır. Naxçıvan alması, armudu, əriyi, göycəsi, üzümü Şərqdə həmişə məşhur olub və bölgəyə şərəf gətirib.

Azərbaycan Respublikası Prezidentinin "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 25 avqust 2008-ci il tarixli sərəncamında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatının adambaşına 88,5 kiloqrama çatdırılması bir vəzifə olaraq qarşıya qoyulub və artıq yerinə yetirilib. Bu qərara müvafiq olaraq muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində bir sıra dövlət tədbirləri həyata keçirilib. Naxçıvan MR Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, həmçinin 8 fevral 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” meyvəçiliyin genişləndirilməsinin, əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının, nəticədə iqtisadi sabitliyin başlıca meyarı olub. Qəbul edilən müvafiq dövlət proqramları muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaqla 2015-ci ildə ümumi meyvə istehsalı 45 min tona çatdırılıb, 2020-ci ildə isə 65 min tondan çox olması planlaşdırılıb.

Müasir dövrdə Naxçıvan MR-də meyvəçiliyin sənaye miqyasında daha da genişləndirilməsi sahəsində bir sıra məsələlərə toxunmaq istərdim. Bunlar meyvə genofondunun qorunması, öyrənilməsi, meyvə bağları sahələrinin genişləndirilməsi, meyvəçiliyin elmi-praktiki əsaslarının hazırlanmasıdır. Meyvəçilik üzrə fermer təsərrüfatlarının yaradılmasının müasir elmi əsaslarla təşkili, meyvəçi-aqronom kadrların bu işlərdə yaxın iştirakı, onların peşə hazırlığının mütəmadi yenilənməsi üçün Azərbaycan Dövlət Aqrar Universitetində ixtisasartırma kurslarına cəlb olunması mühüm əhəmiyyət daşıyır. Meyvəçilik üzrə ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, yerli və introduksiya edilmiş tətbiqyönümlü meyvə sortlarının əkin dövriyyəsinə daxil edilməsi də vacibdir. Eləcə də dağlıq, dağətəyi və Arazboyu düzənlik ərazilərdə landşafa uyğun iqtisadi əhəmiyyətli və tətbiqyönümlü tumlu və çəyirdəkli meyvə sortlarının müəyyənləşdirilməsi, mövcud bağların qaydaya salınması, boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və yeni bağların salınması da gündəmə gəlir.

Həyata keçirilməsi vacib olan digər məsələlər meyvəçiliyin intensiv becərilmə texnologiyası əsasında genişləndirilməsi məqsədilə iqtisadi və sənaye əhəmiyyətli yeni meyvə sortlarının introduksiyası, meyvəçilik üzrə ailə təsərrüfatı və fermer təsərrüfatlarının genişləndirilməsi, inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli meyvə məhsullarının çıxarılmasına dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə məhsulları ilə dolğun təminatının yaxşılaşdırılmasıdır. Sözügedən sahənin inkişafı həmçinin meyvəçilik üzrə innovativ texnologiyaya əsaslanan ilkin emal müəssisələrinin yaradılmasını, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının yüksəldilməsini və ixrac məhsullarının həcm və növlərinin genişləndirilməsini tələb edir. İstehsal olunmuş ekoloji təmiz meyvə məhsullarının itkisiz toplanılması, qurudulmuş meyvə istehsalının təşkili və genişləndirilməsi, meyvə bağlarının suvarma şəbəkələrinin yaxşılaşdırılması, yerli rəqabət əsasında pərakəndə satışın təşkili və maliyyə-kredit problemlərinin həlli üçün dövlət dəstəyinin artırılması da önəm daşıyır.

Fikrimizcə, meyvəçilik üzrə rəqabətədavamlı ayrı-ayrı çeşidli məhsulların hazırlanması, onların reklamlarının təşkili, yerli bazara satışa çıxarılması və xaricə ixrac edilməsi üçün müasir texnologiya əsasında sənaye müəssisələrinin yaradılması lazımdır. Meyvəçiliyin genişləndirilməsində işlək istehsalçı-alıcı-satıcı şəbəkəsinin təşkil olunması, istehsal olunan meyvə məhsullarının kəndlərdə və şəhərlərdə ticarət obyektlərində pərakəndə satışlarının təşkili və belə tədbirlərin dövlət tərəfindən dəstəklənməsi işin xeyrinə olan məqsədyönlü tədbirlərdir. Sözügedən sahənin inkişafına, eləcə də meyvə bağlarına mərkəzləşdirilmiş fitosanitar xidmətin təşkili, xəstəlik və zərərvericilərə qarşı istifadə olunan dərman preparatlarının satışının, istifadə qaydalarının dövlət inhisarına alınması böyük dəstək verər. Meyvəçilik üzrə ixtisaslaşdırılmış fermer təsərrüfatlarının, "Ailə təsərrüfatı”nın dövlət tərəfindən dəstəklənməsi və genişləndirilməsi də bu sahədə irəliləyişə xidmət edir. Nəhayət, meyvə məhsullarından təzə halda bütün mövsümlərdə istifadə olunması üçün saxlama kameralarının, soyuducu anbarlar şəbəkəsinin genişləndirilməsi və onlardan məqsədyönlü istifadə edilməsinə, istehsalçılara mövcud saxlama anbarlarından bəhrələnmək üçün imkanların yaradılmasına üstünlük verilməlidir.

Bölgədə aqrar sektorun inkişaf etdirilməsi sahələri "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin "Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı rəsmi dövlət sənədlərində də öz əksini tapıb. Tarixən bu ərazidə müxtəlif genetik xüsusiyyətləri ilə fərqlənən meyvə, tərəvəz və üzümün zəngin genofondu yaradılıb. Muxtar respublika ərazisində tumlu meyvələrdən alma, armud, heyva, əzgil, yemişan, çəyirdəkli meyvələrdən albalı, gilas, şaftalı, ərik, alça, zoğal, ləpəli meyvələrdən isə qoz (ceviz), badam, fındıq, püstə, pekan və başqa qiymətli tətbiqyönümlü sortlar geniş yayılıb. Muxtar respublikada 200-dən çox meyvə sortları, 150-dən çox sort və formalardan ibarət üzüm genofondu mövcuddur. Müəyyən edilib ki, ərazidə tumlu meyvələrdən almanın 116, armudun 51, heyvanın 10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın 18 sortu, çəyirdəkli meyvələrdən gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın 1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu yayılıb. Ərazidə həmçinin qozun 26, püstənin 2, badamın 8, limonun 4 sortu yetişir. Bu zəngin genofondun səmərəli istifadə olunması ilə muxtar respublika əhalisini sitrus meyvə sortları istisna olmaqla, yerli məhsullar hesabına tumlu və çəyirdəkli meyvə sortları ilə dolğun təmin etmək mümkündür. Qeyd edək ki, muxtar respublikaya sitrus meyvələri istisna olmaqla tumlu və çəyirdəkli meyvələrin idxalının tədricən azaldılması, gömrük rüsumu qiymətləri ilə tənzimlənməsi yerli məhsulların istehsalının yüksəlməsinə stimul verər. Nəticədə satış bazarlarında becərilmə aqrotexnikası məlum olmayan, xəstəlik və zərərvericilərə qarşı mübarizədə hansı dərmanlardan istifadə olunması bilinməyən, həmçinin geni modifikasiya olunmuş meyvə sortlarının gətirilməsinin qarşısı alınar.

Hazırda muxtar respublikanın kənd təsərrüfatında yeni meyvə bağları salınmaqla çoxşaxəli istehsalçı-emal sənayesi - son məhsulun satışı kimi prioritet sahələrin gələcək inkişafını təmin edən müasir meyvəçiliyin bazasının əsasları yaradılır. Blokada vəziyyətində olan muxtar respublikada meyvəçilik əhalini ərzaq məhsulları ilə, emal sənayesini isə xammalla təmin etdiyindən regionda mühüm iqtisadi əhəmiyyət kəsb edən əsas məşğulluq sahələrindəndir.

Müasir tipli aqrotexniki vasitələrin alınması və aqroparkların yaradılması meyvəçiliyin genişləndirilməsində innovativ texnologiyanın tətbiqini və stimullaşdırıcı tədbirləri bir-biri ilə əlaqələndirir. İndiki dövrdə meyvəçilik üzrə əsas problem iri, xırda və orta müəssisələr qrupunun, habelə onların fəaliyyəti ilə bağlı olan təşkilatların bölgədə nizamlı fəaliyyətinin həyata keçirilməsidir. Buna uyğun olaraq sahibkarlara maarifləndirmənin təşkili, müvafiq informasiya-məsləhət xidməti şəbəkəsinin fəaliyyətinin artırılması, nəticədə rəqabətədavamlı ərzaq məhsulları istehsalının artırılması üçün strateji istiqamətlər müəyyənləşdirilib.

Meyvəçiliyin genişləndirilməsi istiqamətində məqsədyönlü praktiki işlər həyata keçirilir. Kəngərli rayonu ərazisində torpaq örtüyünün dəyişdirilməsi və kənardan əraziyə humus qatlı torpaq örtüyü gətirilməklə torpaqda münbit şərait yaradılıb, əraziyə mütərəqqi damcılı suvarma sistemləri çəkilməklə 50 hektardan artıq sahədə püstə bağı salınıb. Ümumilikdə son dövrlərdə kənd təsərrüfatına yararsız olan 213 hektar torpaq sahəsində meyvə ağacları əkilib. Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində 48 hektardan artıq sahədə, Arazboyu düzənlik ərazilərdə isə 49,8 hektar sahədə meyvə bağları, 4,5 hektarda isə üzüm bağı yaradılıb. Nehrəm kəndi inzibatı ərazisinin şərq hissəsində indiyə qədər istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinə yararlı hala gətirilməsi nəticəsində 180 hektardan çox müasir tipli üzüm plantasiyaları salınıb. Tingçiliyin inkişafı da diqqətdə saxlanılıb, Şərur rayonunda iki sahibkar tərəfindən 4 hektar, Babək rayonunda bir sahibkar tərəfindən 0,5 hektar sahədə müxtəlif meyvə növlərinin məhsuldar sortlarından ibarət tinglər yetişdirilib, ümumilikdə təsərrüfatlarda 87 min ədəd tingin satışı həyata keçirilib, 73 min meyvə tingi isə əkin üçün hazır vəziyyətə gətirilib. Culfa rayonunun Dizə kəndində 0,3 hektar ərazidə 53000 ədəd üzüm tingi salınmaqla tingçilik təsərrüfatı yaradılıb.

Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına son illər muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 65 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 333 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. 2019-cu il muxtar respublikada "Ailə təsərrüfatı ili” elan olunmuşdu. Şübhə yoxdur ki, bu qərar yeni meyvə bağlarının salınmasında və məhsul istehsalının genişləndirilməsində mühüm rol oynamışdır.

VARİS QULİYEV,

aqrar elmləri doktoru





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM