23 Yanvar 2020 01:26
624
İQTİSADİYYAT
A- A+

72300 vakansiya üzrə e-qaydada göndəriş verilmişdir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.

Ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilmişdir ki, onlardan da 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilmişdir. Hazırda həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də "Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.

İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında” qanuna əsasən ən geci 5 iş günü müddətində "Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatların çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.

İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video