Alternative content

12:29 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
04:58 30.09.2020 Haqq savaşı
04:57 30.09.2020 Nədən narahatsınız
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fitch Ratings Azərbaycanın reytinqini 'BB+' səviyyəsində təsdiq edib
Fitch Ratings Azərbaycanın reytinqini 'BB+' səviyyəsində təsdiq edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:24 23.01.2020


Fitch Ratings agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta emitenti reytinqini 'BB+' səviyyəsində təsdiq edib. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının, həmçinin borclarının az olması ölkənin iqtisadi-maliyyə sistemini gücləndirən amil kimi göstərilib.

Azərbaycan 'BB' reytinqini formalaşdıran 6 komponent üzrə qeyri-proporsional nəticələrə malik olsa da, ölkəmiz bir çox komponentlər üzrə, xüsusilə Dünya Bankının "Doing Business” indikatorunda irəliləməsi ilə seçilib ki, bu da hesabatda xüsusi qeyd olunub. Hesabatda Azərbaycanın kredit reytinqinin stabil olaraq qiymətləndirilməsi Dünya Bankı və Davos İqtisadi Forumunun hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması göstəriciləri ilə uyğunluq təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ayaz Müseyibov hesabatda qeyd olunan bir neçə xüsusi məqama diqqət çəkib: "Yeni qiymətləndirmədə Azərbaycanın bank sisteminin 2015-ci ilin devalvasiyasından miras qalmış aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra yenidən dirçəlməsi xüsusi qeyd olunub. Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4 faizə yaxın artaraq 2019-cu ildə 23 faizə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı, ölkənin ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankının isə mənfəətə çıxdığı qeyd olunub. Belə ki, 2018-ci ilin sonuna olan 14,5 faizlik göstərici ilə müqayisədə qeyri-işlək kreditlərin həcmi göstəriciləri 11 faizə enib. Bu isə hökumət tərəfindən xüsusi proqrama start verilməsi ilə bağlıdır”.

A.Müseyibov həmçinin qeyd edib ki, geniş spektrli sanasiya tədbirlərinin görülməsi, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. "28 fevral 2019-cu il tarixində Prezident tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəminlər yaradıb. Onu da qeyd edək ki, fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolunu digər nüfuzlu beynəlxalq reytinq agentliyi olan "Moody's” Beynəlxalq Reytinq Agentliyi də təsdiq edib” deyə o, bildirib.

Mütəxəssisin qənaətinə görə, agentliyin hesabatında qeyd olunan makroiqtisadi hesablamalar Azərbaycanın real ÜDM göstəricisinin artdığını və dünya neft qiymətləri böhranından sonra bərpa olunduğunu göstərir: "Hesabatda real ÜDM-in 2018-ci ilin 1,4 faiz göstəricisi ilə müqayisədə 2019-cu ildə 2,4 faizə çatdığı qeyd olunub. Xüsusi əhəmiyyət kəsb edən məqam isə ondan ibarətdir ki, agentliyin hesabatına əsasən bu artımın 3,5 faizi qeyri-neft, 0,8 faizi isə neft və qaz sektorlarının payına düşüb”. Agentliyin 2020-2021-ci illərdə Azərbaycanda iqtisadi inkişafın 2,2 faizə çatacağını proqnozlaşdırdığını deyən A.Müseyibov qeyd edib ki, hesabatda həmçinin 2019-cu ildə ölkədə inflyasiyanın proqnozlaşdırıldığı kimi hədəf inflyasiya (4±2) çərçivəsində qərarlaşdığı göstərilib.

İİTKM-in analitikinin fikrincə, agentliyin hesabatında 2018-ci ildə qəbul olunan fiskal qaydaların ölkə iqtisadiyyatına müsbət təsiri, xüsusilə də neft gəlirlərinin xərclənməsi istiqamətində hökumətin davamlı addımları qeyd olunub. Fiskal siyasət qaydalarının və orta-müddətli xərclər çərçivəsinin qəbul olunması da bu baxımdan əhəmiyyətli amil kimi qiymətləndirilib.

"Hesabatda diqqət çəkən digər mühüm bir məqam isə Azərbaycanın reallaşdırdığı qlobal enerji layihələrinin, onun makroiqtisadi sabitliyinə və maliyyə dayanıqlılığına müsbət təsirinin qeyd olunmasıdır. 2020 xərc prioritetləri arasında icbari tibbi sığorta proqramının (ÜDM-in 1,1 faizi həcmində) yer aldığı və 2019-cu ildə əmək haqlarının artırılması tədbirlərindən və sosial təminatla bağlı ayırmalardan təsirlənəcəyi qeyd olunub” deyə A.Müseyibov bildirib. O habelə qeyd edib ki, hesabatda bir sıra region ölkələri üçün müxtəlif risklər ehtimalı olsa da, Azərbaycan üçün 2020-ci ildə də sosial və siyasi sabitlik proqnozlaşdırılır.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM