22 Yanvar 2020 17:54
747
DÜNYA
A- A+

Çində 440 nəfər yeni koronavirusa yoluxub


Çində 440 nəfərin yeni tipli koronavirusa yoluxması halı təsdiqlənmişdir. Xəstəlikdən ölənlərin sayı 9 nəfərə çatmışdır. Bu barədə Çin Xalq Respublikasının Sağlamlıq və Gigiyena Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Li Bin məlumat vermişdir.

Məmurun dediyinə görə, hökumət yoluxmanın ocağının yerləşdiyi Uxan şəhərinə Dünya Səhiyyə Təşkilatından, Honq Konq və Makao xüsusi inzibati rayonlarından, habelə Tayvandan mütəxəssislər dəvət etmişdir. Onlar xəstəliyin yayılması ilə bağlı vəziyyəti, habelə həyata keçirilən profilaktik və nəzarət tədbirlərini yerindəcə öyrənəcəklər.

Li Bin həmçinin vəd vermişdir ki, hökumət virusun yayılması məsələsində beynəlxalq əməkdaşlığı və təmasları dəstəkləyəcək, vəziyyətlə bağlı məlumatı müntəzəm olaraq açıqlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video