Alternative content

17:45 18 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azad Rəhimov: “Yüksəliş” müsabiqəsi sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur
Azad Rəhimov: “Yüksəliş” müsabiqəsi sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:29 22.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunan "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edəcək.

"Yüksəliş”in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman naziri Azad Rəhimov bununla əlaqədar gənclərə dəvət ünvanlayıb.

Müsabiqənin karyera pilləsində yüksəlmək istəyən, iddialı, özünə güvənən gənclər üçün şans olduğunun vurğulandığı müraciətdə qeyd edilib ki, aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. "Yüksəliş” sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur.

A.Rəhimov əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində, yeni nəslin inkişafına xidmət edən böyük layihələr icra olunub, islahatlar həyata keçirilib. Bu baxımdan könüllülük hərəkatını xüsusi vurğulayan nazir qeyd edib ki, bu gün müxtəlif sahələrdə geniş vüsət alan könüllülük hərəkatı gənclərin inkişafına və onların irəli çəkilməsinə xidmət edib. Könüllü olaraq ali təhsil müəssisələrindən tutmuş ayrı-ayrı təşkilatlara qədər bir çox yerlərdə fəaliyyətə cəlb olunan gənclər böyük təcrübə qazanıblar. Sadəcə tədbirlərin idarə olunmasında deyil, həm də gənclərin sözünə, sağlam gəncliyin fəal addımlarına ehtiyac duyulan yerlərdə məhz onlar irəli çəkilib. Könüllülər şəxsi karyeralarını qurmaqda dövlətin yardımını daim hiss edirlər. Könüllülər üçün növbəti şans məhz "Yüksəliş”dir. "Yüksəliş” sadəcə könüllülər üçün deyil, bütün gənclərimiz üçün bir şansdır.

"Yüksəliş” müsabiqəsi yeniləşən Azərbaycana müstəqil fikri, idarəetmə bacarığı olan rəhbərləri seçmək, yetişdirmək üçündür. Bunun üçün özündə güc tapan gənclər tərəddüd etməməli, bu müsabiqəyə qoşularaq "Mən də varam” deməlidir. "Yüksəliş” müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz "Yüksəliş” müsabiqəsi olacaq. Odur ki, bacarıqlarınızı nümayiş etdirin, qabiliyyətlərinizi ortaya qoymağa tələsin.

"Yüksəliş”in verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı inkişaf etdirin. Dövlət "Yüksəliş” müsabiqəsini gənclərin inkişafına yönələn islahatların davamı olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər üçün qrant qazana, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirə, əvəzolunmaz əlaqələr qura, vahid komandanın üzvü ola və peşəkar bələdçilərlə qarşınıza qoyduğunuz ən böyük hədəflərə çata bilərsiniz. "Yüksəliş”ə qoşulun, "Yüksəliş” sizinlə başlasın!”, - deyə müraciətdə qeyd olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM