22 Yanvar 2020 02:07
679
CƏMİYYƏT
A- A+

“Azərenerji” və “Azərişıq” 20 Yanvar faciəsini birgə andı


20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı "Azərenerji” və "Azərişıq” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri birgə tədbir keçiriblər. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı hazırlanan filmin nümayişi olub.

Daha sonra Qarabağ müharibəsi iştirakçısı olan "Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, hər iki qurumun digər rəsmi şəxsləri, o cümlədən 20 Yanvar faciəsində yaralanan energetiklər 30 il əvvəl baş verən hadisələrdən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının həyatında və yaddaşında dərin iz qoyan, onun sonrakı taleyinə bilavasitə təsir edən hadisələr sırasında 1990-cı ilin 20 yanvar hadisələrinin özünəməxsus yeri var. Qeyd olunub ki, 20 Yanvar faciəsi çoxsaylı insan tələfatı ilə nəticələnsə də, Azərbaycanın müstəqillik tarixinə qanla yazılan şərəfli tarixdir.

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı "Azərenerji” ASC-nin elektrik stansiyalarında, regional elektrik şəbəkələrində anım tədbirləri keçirilib. Eyni zamanda "Azərenerji” ASC-də çalışan şəhid ailələrinə birdəfəlik maddi yardım verilməsi ilə bağlı müvafiq əmr verilib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video