Alternative content

03:56 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
16:59 21.02.2020 Londonda məsciddə hücum
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənayenin qeyri-neft-qaz sektoru üzrə məhsul istehsalında 14,3 faiz artım qeydə alınmışdır
Sənayenin qeyri-neft-qaz sektoru üzrə məhsul istehsalında 14,3 faiz artım qeydə alınmışdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:03 22.01.2020


Ötən il ölkə üzrə 46,7 milyard manatlıq (2018-ci illə müqayisədə 1,8 faiz çox) sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir ki, sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı 27,7 faiz artmışdır.

Emal sektorunda isə bir çox sahələr üzrə yüksək artım qeydə alınmışdır. Belə ki, il ərzində ağac emalı və ağacdan məmulatların istehsalı 82,9, tütün məmulatlarının istehsalı 80,7, hazır metal məmulatlarının istehsalı 80, kompüter, elektron və optik məhsulların istehsalı 51,8, poliqrafiya məhsullarının istehsalı 42,2, içkilərin istehsalı 41,4, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2, mebel istehsalı 29,5, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5, kimya sənayesi məhsullarının istehsalı 25,6, kağız və karton istehsalı 25,5, geyim istehsalı 22,6, rezin və plastik kütlə məmulatlarının istehsalı 22, əczaçılıq məhsullarının istehsalı 20,6, qida məhsullarının istehsalı 10,8, tikinti materiallarının istehsalı 5, elektrik avadanlıqlarının istehsalı 1,1, maşın və avadanlıqların istehsalı 1 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə edilmişdir - müvafiq olaraq 3,5 və 6 faiz.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM