Alternative content

23:07 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərişıq” ASC şəffaflığı tam şəkildə təmin edir
“Azərişıq” ASC şəffaflığı tam şəkildə təmin edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:02 22.01.2020


"Azərişıq” ASC 2015-ci ildə yaradılarkən prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində intensiv işləyərək istehlakçıların elektrik enerjisi ilə təchizatı və abonentlərə xidmətlərin göstərilməsi üzrə vəziyyəti radikal şəkildə dəyişməyə nail olub.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bildirdiyinə görə, ölkənin vahid elektrik təchizatı operator-şirkətinin yaradılmasından bu yana keçən 5 ilə yaxın müddət ərzində elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üçün ən ucqar dağlıq bölgələri də əhatə edən genişmiqyaslı proqram icra olunmaqdadır.

"Biz bu yenidənqurma proqramının gedişi, hansı işlərin görüldüyü və abonentlərin elektrik enerjisi ilə keyfiyyətli, dayanıqlı şəkildə təmin olunmasında hansı nəticələrin əldə edildiyi barədə vaxtaşırı olaraq ictimaiyyəti məlumatlandırırıq. Hazırda tam əminliklə deyə bilərik ki, Azərbaycan elektrik enerjisi infrastrukturunun vəziyyətinə görə bir çox qonşu ölkələrdən, o cümlədən əksər MDB respublikalarından öndədir. "Azərişıq” ASC prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq paytaxtdan başlamış ən ucqar bölgələrə qədər infrastrukturu müasir avadanlıqlarla, qurğularla yeniləməkdədir. Nəticədə Bakı da daxil olmaqla iri şəhərlərimizdə, bölgələrimizdə biznesin inkişafı üçün əsas şərtlərdən biri olan elektrik enerjisinə əlçatanlıq səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin də bu günlərdə bəyan etdiyi kimi, Davos Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinin əlçatanlığı üzrə dünyada ikinci ölkəyə çevrilib. Digər mühüm nailiyyət isə şəffaflığın artırılmasıdır. Deyə bilərəm ki, "Azərişıq” ASC hazırda ölkənin ən şəffaf işləyən strukturlarından biridir” deyəT.Mustafayev bildirib.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, müştəri məmnunluğunu artırmaq, məmur-vətəndaş təmaslarını minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə ilkin olaraq şirkət 4 xidmət üzrə "ASAN xidmət” və "ASAN kommunal” mərkəzlərində fəaliyyətə başlayıb.

Hazırda isə "Azərişıq” ASC bu mərkəzlərdə 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə "Azərişıq” ASC-yə "ASAN xidmət”, "ASAN kommunal”, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.

"16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün "Azərişıq” ASC-də ayrıca "ASAN xidmət”lə iş departamenti yaradılıb. "Azərişıq” ASC mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə abonentlərin online qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib” deyə T.Mustafayev qeyd edib.

O, habelə xatırladıb ki, səhmdar cəmiyyətin Şəmkir, Mingəçecir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzləri yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsilə Elektron Müraciətlərin İdarəolunması Sistemi "ASAN xidmət”in işinə inteqrasiya edilib.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM