Alternative content

23:44 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:58 21.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edir.

AZƏRTAC xəbər verir ki, müsabiqənin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb. Nazir deyib: "Yüksəliş” müsabiqəsi hər kəsə, sadəcə, öz bacarığı, intellekti ilə inkişaf etmək və yüksəlmək imkanı verir. Ali təhsilini tamamladıqdan sonra əmək fəaliyyətinə başlayan bir çox şəxs ölkənin gələcəyinin qurulmasında da iştirak etməyi qarşısına hədəf qoyur. Ancaq bu iştirak yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq, hər bir kadrdan müəyyən bacarıqlar tələb edir. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara qarşı tələblər isə bir az da yüksəkdir”.

Mikayıl Cabbarov əlavə edib ki, gənclərdən yüksək intellektual zəka, strateji düşünmək bacarığı ilə yanaşı, sosial məsuliyyətlilik, innovativliklərin tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, komandada işləmək bacarığına sahib olmalıdırlar. Bu keyfiyyətlərə malik olanlar həm də "Yüksəliş” müsabiqəsinin qalibləri ola bilərlər.

Qalib olduqdan sonra onlara təqdim ediləcək qrantın onların fərdi inkişafı yolunda yeni bir başlanğıc ola biləcəyini deyən nazir vurğulayıb ki, sadəcə, qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramında iştirak edəcəklər. Bu baxımdan, müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq.

"Bir sözlə, "Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir. Bu imkanlar həm də kadrların hazırlanmasına qarşı hiss edilən məsuliyyətin bir göstəricisidir. İstedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılaraq həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra bilər. "Yüksəliş”ə qoşulun, "Yüksəliş” sizinlə başlasın!”, - deyə M.Cabbarov bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM