Alternative content

04:49 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
16:59 21.02.2020 Londonda məsciddə hücum
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:49 21.01.2020

IDEA İctimai Birliyi ağac kəsilməsi, vəhşi heyvanların qanunsuz saxlanması və qaçaqmalçılığı ilə yanaşı, küçə və digər ictimai yerlərdə su sızmalarının aşkar edilməsi halları ilə rastlaşdıqları zaman da vətəndaşları IDEA-nın "1113 - Təbiətin təcili yardımı” qaynar xəttinə məlumat verməyə çağırır.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, xüsusi yaradılmış eyniadlı mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, foto və videomateriallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcək.

Məlumdur ki, su həyatı təmin edən əvəzolunmaz nemətdir. Amma təəssüf ki, əksər ölkələrdə məişət suyu itkiləri 20-70 faiz arasındadır və bu itkilər suyun küçə və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Bununla da, əhalisi sürətlə artan dünyada şirin suyun mövcudluğu daha da məhdudlaşa bilər. Su ehtiyatlarından səmərəli istifadə etmək və su itkilərini əhəmiyyətli dərəcədə azaltmaq qarşıda duran önəmli məsələlərdəndir.

Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi bir daha hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, su israfına yol verməməyə və su təchizatı şəbəkələrində sızma və ya qəzalar ilə bağlı dərhal "1113” qaynar xəttinə məlumat verməyə çağırır!

Qeyd edək ki, "1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş yüzlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM