21 Yanvar 2020 12:28
469
SİYASƏT
A- A+

Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq


Bu gün Azərbaycanda gənc və təhsilli kadrlar dövlət idarəçiliyinə cəlb olunur. Bu, ölkənin daha da inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, formalaşacaq parlament də ölkədəki yeniliklərə uyğun olacaq.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında İsrail-Azərbaycan Azİz Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

Baş direktor bildirib ki, deputatlığa namizədlər arasında kifayət qədər bacarıqlı və intellektli insanlar var. "Mən iki dəfə Azərbaycanda seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Hər iki seçki yüksək səviyyədə keçirilib. Mənimlə birlikdə seçkiləri izləyən Knesset deputatları da seçkilərin texniki təchizatı və səviyyəsindən razı qalıblar. Əminəm ki, bu parlament seçkiləri də ən yüksək səviyyədə keçiriləcək”, - deyə L.Spivak bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video