Alternative content

14:06 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdə yeni səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq
Ölkəmizdə yeni səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:27 21.01.2020

Keçən il ixrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb. İdxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya "Meyvəli bazar”da da təşkil edilib. Həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında bitkiçilik məhsullarında fitopatoloji mikroorqanizmlərin təyini üçün molekulyar metodların tətbiqinə başlanılıb. Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb. Burada baytarlıq preparatları, bitki mühafizə vasitələri və qida məhsulları ilə təmasda olan maddə və materialların müayinəsi aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb, növbəti mərhələdə bu cür daha 3 laboratoriyanın yaradılması planlaşdırılır. Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq Laboratoriyasında torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcək. Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi nəzərə alınaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji göstəriciləri üzrə müayinələrinin və karantin ekspertizasının Şəki Regional Sınaq Laboratoriyasında həyata keçirilməsi məqsədilə laboratoriyanın təyinatı dəyişdirilib. Dünya Bankının dəstəyi ilə laboratoriyaların milli və beynəlxalq akkreditasiyaya hazırlanması prosesinə başlanılıb, 4 laboratoriya milli akkreditasiyadan keçirilib. Bu il 3 laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin ediləcək. Beynəlxalq tələb və metodikalara uyğun şəkildə 11 elmi araşdırma aparılıb. Bunlardan 6-sı bitki sağlamlığı, 2-i risk qiymətləndirilməsi, 3-ü heyvan sağlamlığı sahələrini əhatə edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM