Alternative content

23:53 30 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar faciəsi Belçikanın və Avropanın paytaxtı Brüsseldə anılıb
20 Yanvar faciəsi Belçikanın və Avropanın paytaxtı Brüsseldə anılıb
ANA SƏHİFƏ / SİYASƏT
22:24 20.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən "Konqres sütunu” (Colonne du Congrès) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub. Bu memorial kompleksi 1830-cu ildən etibarən Belçikanın ictimai dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş əsas tarixi məkan kimi tanınır.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindənAZƏRTAC-a verilən məlumata əsasən, mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyin əməkdaşları, həmçinin bu ölkədə yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Hikmət Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciə, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib. Sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirdiyini xatırladan Prezidentin köməkçisi bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına təkan verdiyini qeyd edib. Vurğulayıb ki, doğma Vətənin hazırkı inkişaf mərhələsində həmin günlərin tarixi təcrübəsinin nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.

Sonra Hikmət Hacıyev tərəfindən Belçika hərbçilərinin müşayiətilə Naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib.

Prezidentin köməkçisi mərasimin sonunda memorial kompleksinin xatirə kitabında 20 Yanvar faciəsi barədə qeydlər edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM