20 Yanvar 2020 17:07
524
SİYASƏT
A- A+

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub


İyirmi Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar Səudiyyə Ərəbistanının aparıcı kütləvi informasiya vasitələrindən olan "Əl-Cəzirə” qəzetində səfir Şahin Abdullayevin "Azərbaycanda 20 Yanvar faciəsinin ildönümüdür” adlı məqaləsi dərc olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanın paytaxtı Bakıya hücum edərək dinc əhaliyə amansızlıqla divan tutmasından bəhs edilib. Həmin gecə baş verənlərlə bağlı oxuculara ətraflı məlumat verilib.

Müəllif keçmiş SSRİ-nin Müdafiə naziri Dmitri Yazovun 20 Yanvar hadisələrinin Bakıda sovet hakimiyyətini qorumaq, 1990-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə azadlıq və müstəqillik tərəfdarlarının qalib gəlməsinin qarşısını almaq məqsədilə törədilməsi barədə dediklərini misal gətirərək, sovet rəhbərliyinin daxilində fikir ayrılıqlarının bu qəddar cinayətin əsl mahiyyətini üzə çıxardığını oxucuların diqqətinə çatdırıb.

Məqalədə "Human Rights Watch” təşkilatının "Azərbaycanda Qara Yanvar” adlı hesabatında Bakıya hücum zamanı insan hüquqlarının ən kobud şəkildə pozulmasının əksini tapdığı oxucuların diqqətinə çatdırılıb.

Materialda 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən olduğu, sovet rəhbərliyinin törətdiyi dəhşətli cinayətin Azərbaycan xalqının getdikcə vüsət alan azadlıq yolunda əzmini və iradəsini boğa bilmədiyi, müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdiyi və bunun məntiqi nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın öz suverenliyini bərpa etdiyi vurğulanıb.

Yazıda Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq hər il yanvar ayının 20-də minlərlə azərbaycanlının Şəhidlər xiyabanına axın etdiyi bildirilib. Qeyd olunub ki, tariximizin şərəf və ləyaqət salnaməsi olan Qanlı Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, torpaqlarımızın erməni işğalından azad olunması və soydaşlarımızın öz doğma yurduna qayıtması uğrunda mübarizə bu gün də davam edir.

Müəllif 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq səviyyədə hüquqi qiymətin verilməməsindən təəssüflənərək, dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan, bütövlükdə beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video