20 Yanvar 2020 16:39
686
CƏMİYYƏT
A- A+

Mübariz Qurbanlı: 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin rəmzidir


Biz 20 Yanvarı Azərbaycan xalqının qəhrəmanlıq günü kimi qeyd edirik. 20 Yanvar Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və azadlığı uğrunda apardığı mübarizənin rəmzidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı bildirib ki, bu müqəddəs məkanda uyuyan şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər. 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsidir. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölkəmizdə başlayan ümumxalq hərəkatı 20 Yanvardan sonra milli azadlıq hərəkatı mərhələsinə daxil olub. Faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etməsi xalqımızın mübarizə ruhunu daha da gücləndirdi. 20 Yanvar faciəsindən sonra bütün dünya Azərbaycanı müstəqillik uğrunda sovet ittifaqına qarşı mübarizədə ön sıralarda olan xalq kimi tanıdı. Biz həmişə olduğu kimi şəhidlərimizlə fəxr edir, Allahdan onlara rəhmət diləyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video