Alternative content

22:13 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhidlərimizin xatirəsi 20 Yanvar meydanında anılıb
Şəhidlərimizin xatirəsi 20 Yanvar meydanında anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:24 20.01.2020

Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmaqdadır. İllər ötsə də şəhidlərimizə olan ümumxalq sevgisi tükənmir və xalqımız ölməz oğul və qızlarımızın xatirəsini böyük ehtiramIa anır. Bu il də Bakı Metropoliteninin "20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Ahıl da, gənc də, uşaq da bu abidəni ziyarət etməyi özünə borc bilirdi. Abidənin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 30 illik ayrılığın ağrı-acısı boy verirdi. Ziyarətçilərin baxışlarından başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarında həm də qürur, mübarizlik özünü büruzə verirdi.

AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Ziyarətə gələnlər arasında Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev 20 Yanvar dairəsində baş verənləri yaxşı xatırlayır: "Bu gün 20 Yanvar faciəsinin 30 illiyi qeyd olunur. 1990-cı ilin yanvarında sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. O zaman igid Azərbaycan oğulları və qızları küçələrdə hərbi texnikanın önünə əliyalın çıxmışdılar. Bu hadisələr zamanı qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Tankların insanlara doğru hərəkət etdiyini gördük. Respublika xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Bəşər tarixində belə bir faciə törədilməmişdi. 20 Yanvar günü insanlar qətl edilsələr də, onların azadlıq səsini boğa bilmədilər.

Həmin günləri böyük kədər hissi ilə xatırlayan müsahibəmiz deyib ki, o zaman ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayətin humanizmə zidd olduğunu bəyan edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir.

Dahi şəxsiyyət Heydər Əliyev böyük cəsarət göstərərək 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, "20 Yanvar Şəhidi” fəxri adı da təsis edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

B.Şeydayev bildirib ki, hazırda dövlət tərəfindən şəhid ailələrinə və əlillərə diqqət və qayğı, maddi, mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani təzahürüdür.

"Biz də çalışırıq ki, övladlarımız vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır İnanırıq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad olunacaq”, - deyə B.Şeydayev qeyd edib.

Bu hadisələrin hər il xatırlanması və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM