20 Yanvar 2020 16:13
532
SİYASƏT
A- A+

Yevgeni Mixaylov: Seçkilər Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi şərhçi, konfliktoloq Yevqeni Mixaylov deyib.

O bildirib ki, parlamentin buraxılması ilə bağlı qərar xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır. "Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Dövlət qulluğunda əsaslı və keyfiyyətli dəyişikliklər edilir. Bu mənada, seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi həyatında inkişafa xidmət edəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdır. Ümid edirəm ki, yeni deputatlar Prezidentin apardığı islahatlara uyğun olaraq ölkənin inkişafina təkan verə biləcəklər”, - deyə Y.Mixaylov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video