Alternative content

04:41 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
16:59 21.02.2020 Londonda məsciddə hücum
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı yapon dilində məlumatlar yayılıb
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı yapon dilində məlumatlar yayılıb
ANA SƏHİFƏ / SİYASƏT
01:42 20.01.2020


Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə yapon dilində məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin Yaponiyadakı bürosuna Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər deyib. Bildirib ki, məlumatın yerləşdirilməsində əsas məqsəd yapon ictimaiyyətini 30 il əvvəl sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət barədə obyektiv məlumatlandırmaqdır.

Məlumatda qeyd edilir ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Əliyalın əhaliyə qarşı törədilən bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan hiyləgər planın tərkib hissəsi idi. Həmin vaxt Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda və Azərbaycanın rayonlarında "erməni kartı”nı işə salmış, xüsusi xidmət orqanları tərəfindən törədilən təxribatlardan məharətlə istifadə etmişdi.

Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatların təhlili də təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və rayonlarda həyata keçirdikləri qırğınlarda 150 nəfər öldürülüb, 700-dən çox insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, "təcili yardım” maşınları atəşə tutulub, həkimlər qətlə yetirilmişdi.

Bildirilir ki, həmin vaxt Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr həm də, milli-azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin unudulmaz səhifəsidir.

Vurğulanır ki, ulu öndər Heydər Əliyev bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq Azərbaycan SSR-in Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək baş verən faciədə keçmiş SSRİ-nin və Azərbaycanın o zamankı rəhbərliyinin günahkar olduğunu bəyan etmişdi.

Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni yenidən gündəmə gətirmiş, 20 Yanvar hadisələrinin siyasi və hüquqi qiymətini alması üçün ciddi addımlar atmışdı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.

Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

Bildirilir ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olaraq qalacaq.

Məlumatda faciənin əks olunduğu fotolara da geniş yer verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM