Alternative content

02:15 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda “20 Yanvar faciəsindən 30 il ötür” adlı sərgi açılıb
Naxçıvanda “20 Yanvar faciəsindən 30 il ötür” adlı sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
00:57 19.01.2020


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda "20 Yanvar faciəsindən 30 il ötür” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Faciənin 30 illiyi ilə bağlı təşkil olunan növbəti sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov, Həmzə Sadiqov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qəhrəman Tağıyev, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, dosent Ələkbər Qasımov çıxış ediblər.

Sonra sərgiyə baxış olub. "Ümummilli Lider Şəhidlər xiyabanında”, "Şəhidlər xiyabanı”, "Şəhid anası”, "20 Yanvar şəhidləri”, "20 Yanvar”, "Silahdaşın yanında” və digər əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bir həftə davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 20 rəssamın 30 əsəri nümayiş etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM