18 Yanvar 2020 23:21
641
SİYASƏT
A- A+

Ukrayna saytlarında 20 Yanvar faciəsinə dair məqalə yayılıb


Ukraynanın aparıcı informasiya saytlarında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi yayılıb.

AZƏRTAC xəbər verir ki, "lb.ua” və "Fakt” saytlarında "Cəzasız cinayət: "Qara Yanvar”dan 30 il sonra” sərlövhəli məqalədə səfir sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edir. "Əslində, bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkət idi. Bununla həm də SSRİ-nin digər xalqlarının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər”, - deyə səfir qeyd edir.

Məqalədə, həmçinin o dövrdə 20 yanvarda dinc əhaliyə qarşı törədilən amansız cinayətə beynəlxalq birliyin siyasi və mənəvi məsuliyyətinə də toxunulub. Müəllif yazır ki, Qorbaçov rejiminin cinayət əməlinə siyasi don geyindirmək üçün yalan, əsassız və qərəzli, süni şəkildə təbliğat aparılırdı. Guya sovet ordusu Bakı və Sumqayıtda yaşayan ermənilərə köməyə gəlib. Bu, sözsüz ki, köklü yalandır və heç bir arqumentə əsaslanmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video