Alternative content

21:27 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TANAP-ın Avropa sərhədinə çatması ötən ilin mühüm hadisələrindən olmuşdur
TANAP-ın Avropa sərhədinə çatması ötən ilin mühüm hadisələrindən olmuşdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:57 18.01.2020


"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti TAP-ın da çəkilişi tamamlanmaq üzrədir


Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan neft-qaz, ixrac, nəqliyyat və digər infrastruktur layihələri hazırda dünyada həyata keçirilən ən iri layihələrdəndir.

1990-cı illərin ikinci yarısından üzübəri ölkəmiz Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri), Bakı-Supsa (Qərb İxrac Boru Kəməri), Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini çəkib. 13 ildən çoxdur "Şahdəniz” qazını Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri məhz BTC-nin təcrübəsinə əsaslanıb. BTƏ isə öz növbəsində daha böyük layihəyə - "Cənub qaz dəhlizi”nə yol açıb.

Azərbaycan dövləti neft-qaz layihələrindən daxil olan gəlirlərdən səmərəli istifadə edərək genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bunların arasında dünya səviyyəli elə layihələr var ki, onlar Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.

Bu il yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə bunların tarixi layihələr olduğu vurğulanıb.

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) haqqında daha geniş bəhs edilib. Bu da təsadüfi deyil. Çünki TANAP-ın Avropa ilə birləşən hissəsi keçən il hazır olub. Bu münasibətlə noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində təntənəli mərasim keçirilib. Beləliklə, TANAP tam istismara daxil olub. Bu kəmər "Cənub qaz dəhlizi”nin "onurğa sütunu”nu təşkil edir.

TANAP sözügedən dəhlizi yaradan üç mühüm kəmərin ikincisi və ən böyüyüdür. O, Türkiyənin şərq hüdudlarında "Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri) bağlanır. Xəttin digər ucu Yunanıstan-Türkiyə sərhədinə çatır və burada yerləşən Kipoi məntəqəsində TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) birləşir. Bu səbəbdən də TANAP-ı "Cənub qaz dəhlizi”nin birləşdirici halqası da adlandırırlar.

TANAP möhkəm bünövrə üzərində həyata keçirilən layihədir. Odur ki, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə ondan əvvəlki layihələr də xatırlanıb.

2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP artıq il yarımdan çoxdur ki, Azərbaycan qazını Türkiyəyə daşıyır. Məlum olduğu kimi, "Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi "Şahdəniz” yatağıdır. "Şahdəniz-2”dən ildə 16 milyard kubmetr qaz nəql olunacaq ki, bunun da 6 milyard kubmetrini TANAP vasitəsilə Türkiyə alacaq. Qalan 10 milyard kubmetr qazı isə TAP kəməri TANAP-dan qəbul edərək Avropaya çatdıracaq.

Keçən ilin sonunadək TANAP vasitəsilə Türkiyəyə 4 milyard kubmetrədək qaz nəql olunub. Qarşıdakı illərdə kəmərin nəqletmə qabiliyyətinin əvvəlcə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu baxımdan da TANAP təkcə Azərbaycan və Türkiyə, eləcə də region üçün deyil, bütün Avrasiya məkanı üçün önəm daşıyır.

TANAP kəmərinin çəkilməsi və istismara verilməsi "Şahdəniz-2”nin işlənməsi üçün mühüm amil rolunu oynayıb. Çünki qaz elə bir yanacaqdır ki, hasil edilməzdən əvvəl onun necə nəql olunacağı müəyyənləşdirilməlidir. Sözügedən müşavirədə Prezident İlham Əliyev TANAP-ı bu baxımdan da yüksək dəyərləndirmişdir: "Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP "Cənub qaz dəhlizi”nin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi başlanmayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir”.

Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü - "Şahdəniz-2”, CQBK-nın genişləndirilməsi və TANAP layihələri müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. Sonuncu hissə olan TAP-ın çəkilişi də artıq başa çatır. Keçən ilin yekunlarına həsr olunmuş müşavirədə bu layihənin icra səviyyəsinin 90 faizi ötdüyü qeyd edilib. Dövlət başçısı TAP-ın nəzərdə tutulmuş vaxtda, yəni bu il istismara veriləcəyinə əmin olduğunu bildirib.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM