18 Yanvar 2020 01:52
1248
Təhsil
A- A+

30 il əvvəl yazılan qəhrəmanlıq salnaməsi


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 yanvar 1990-cı ildə baş vermiş faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş nitqi ilə açan institutun rektoru Ceyhun Məmmədov vurğulayıb ki, ali təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. O, qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsi barədə gənclərimiz geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri daha da yüksəldilməlidir.

Rektor C.Məmmədov söyləyib ki, 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər.

Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayır. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.

Aİİ rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların ailələrinə və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb. Bildirib ki, bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də 20 Yanvar Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaqdır.

Daha sonra ali təhsil müəssisəsinin birinci kurs tələbəsi, Aİİ TGT-nın sədri Nicat Hüseynov 20 Yanvar faciəsi zamanı gənclərin Vətən uğrunda göstərdiyi misilsiz şücaətdən danışıb. O, hazırda gənclərimizin üzərinə düşən vəzifələrdən bəhs edərkən bildirib ki, müstəqil ölkəmizin suverenliyi, haqq səsimizin beynəlxalq arenaya çatdırılması uğrunda birləşməli, birgə mübarizə aparmalıyıq.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video